Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 18 Aug 2024 23:34
İsrail ordusu “Hizbullah”ın Livanın cənubundakı silah anbarlarına aviazərbələr endirib.
APA xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin mətbuat xidməti özünün “Telegram” kanalında məlumat yayıb.
Zərbənin Ayta əş-Şaabda həyata keçirildiyi bildirilir. Məlumatda həmçinin Matmura bölgəsindəki hərbi obyektin və Şeba bölgəsindəki silah obyektinin də atəşə məruz qaldığı qeyd olunur.
“Bundan əlavə, Livanın cənubundakı Ət-Tiri bölgəsində “Hizbullah”a aid raket kompleksi də zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.