- , 22 Dekabr, 2024
Tarix: 19.08.2024 03:59
ABŞ prezidenti Co Bayden hesab edir ki, Qəzza zolağında İsrail və HƏMAS hərəkatı arasında atəşkəs əldə etmək hələ də mümkündür.
APA xəbər verir ki, o, bunu bazar günü Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ağ Evin mətbuat fondunun məlumatına görə, ABŞ lideri saziş üzərində işin hələ də davam etdiyini deyib. “Biz təslim olmuruq, bu, hələ də mümkündür”, - o, razılaşmalara toxunaraq deyib.
Bundan əlavə, Bayden qeyd edib ki, o, bazar ertəsi Çikaqo şəhərində baş tutacaq çıxışına hazır hiss edir.