Harris ABŞ-ın Qəzzada atəşkəsə nail olmaq üçün işini davam etdirdiyini açıqlayıb

Tarix: 19.08.2024 07:53

ABŞ administrasiyası Qəzza zolağında atəşkəslə bağlı İsrail və Həmas hərəkatı arasında razılıq əldə etmək üçün işlərini davam etdirir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris avqustun 18-də Pensilvaniya ştatının Mun Taunşip şəhərində jurnalistlərlə söhbəti zamanı bildirib.

Jurnalistlər ondan İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzada atəşkəs razılaşmasına hazır olub-olmadığını soruşub.

“Mən onun əvəzinə danışa bilmərəm, amma sizə deyim ki, bu danışıqlar davam edir. Və biz təslim olmuruq, bunun üçün çox çalışacağıq. Biz atəşkəsə nail olmalı və girovları azad etməliyik”, - deyə Harris suala cavab verib.

Xəbər Lenti