- , 22 Dekabr, 2024
Tarix: 19.08.2024 13:09
"İsrail-Fələstin münaqişəsi fonundakı gərginlik zamanı ölkəmiz öz ərazi bütövlüyünü qorumaq üçün istənilən üsuldan istifadə etməkdə sərbəstdir”.
APA-nın “Mehr” agentliyinə istinadən xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib. Onun sözlərinə görə, indiki gərgin məqamda rəsmi Tehranı təmkin nümayişinə çağırmanın əsası yoxdur.
Rəsmi nümayəndə daha sonra əlavə edib ki, ölkəsi İsrail-Fələstin münaqişəsinin həllinə və bölgədə sülhə istiqamətlənən səyləri dəstəkləyir.