KİV: ABŞ Ukraynaya verdiyi "F-16" təyyarələrinə texniki xidmət göstərməyəcək

Tarix: 31.08.2024 11:31

ABŞ tərəfi Ukraynaya təhvil verdiyi “F-16” qırıcılarına texniki xidmət üçün personal ayrılmasından imtina edib.

APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Məqalədə bildirilir ki, qərar Pentaqon və digər dövlət strukturlarının tövsiyəsi ilə risklərin qarşısının alınması üçün verilib:

“ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyaya mümkün hücumun gözlənilməz nəticələrinə dair narahatlığını bildirib. Buna görə də Dövlət Departamentinin verdiyi qərar sonradan dəyişdirilib. Bu addımın atılmasına həm də Ukraynada “F-16” təyyarəsinin qəzaya uğraması da səbəb olub”.

Xəbər Lenti