Duma Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib

Tarix: 24.10.2024 11:41

Rusiya Dövlət Duması Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidenti tərəfindən Dumaya göndərilən sənədin ratifikasiyasına parlamentin bu gün keçirilən plenar iclasında baxılıb.

Sənədə əsasən, tərəflər öz dövlətlərinin qanunvericiliyini və beynəlxalq öhdəliklərini nəzərə almaqla, dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq prinsiplərinə, dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa aid məsələlər, bərabərlik və beynəlxalq hüququn digər prinsiplərinə əsaslanan ümumi strateji tərəfdaşlıq münasibətlərini daim dəstəkləyir və inkişaf etdirirlər.

Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş tərəflərdən birinə hücum zamanı hərbi və digər yardımları nəzərdə tutur.

Xəbər Lenti