- Şənbə, 21 Dekabr, 2024
Tarix: 29.10.2024 11:55
Liberallar qalib gələndə Brüsseldə seçkilərin demokratik keçirildiyi deyilir, mühafizəkarlar qalib gəldikdə isə demokratiyanın olmadığı deyilir, bunu ciddi qəbul etməməlisiniz, bu adi bir hekayədir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.
O, oxşar vəziyyətin Macarıstanda da baş verdiyini, bu məsələyə ciddi yanaşmağa ehtiyac olmadığını vurğulayıb.
“Seçkilərin nəticələri danılmazdır, azad və demokratik seçkilər keçirilib”, - Orban qeyd edib.