- Şənbə, 21 Dekabr, 2024
Tarix: 30.10.2024 11:37
Ermənistanın Baş naziri Nikol Paşinyanın Aparatı Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələrini “Sülh kəsişməsi” təşəbbüsü ilə tanış olmaq üçün Ermənistana dəvət edəcək.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu aparat rəhbəri Arayik Arutyunyan Parlamentdəki çıxışı zamanı deyib.
Qeyd edək ki, haqqında bəhs olunan layihə 2023-cü ilin oktyabrında Tbilisidə keçirilən “IV Beynəlxalq İpək Yolu Forumu”nda təqdim edilib. İdeyanın məqsədi Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur.