- Şənbə, 21 Dekabr, 2024
Tarix: 12.12.2024 11:39
Dekabrın 12-də Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev parkında ucaldılan abidəsi ziyarət olunub.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer Bələdiyyəsinin sədr müavini Meltem Yücel, Sarıyer bələdiyyəsinin, konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edən Baş konsul Nərminə Mustafayeva Ulu Öndər Heydər Əliyevin həyatını Azərbaycan xalqının rifahı və gələcəyinə həsr etdiyini bildirib. O, həmçinin, Heydər Əliyevin irsi və onun başlatdığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan şanlı Qarabağ Zəfəri haqqında danışıb, Ümummilli Liderin Azərbaycanın yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən bəhs edib.
Sarıyer Bələdiyyə başqan müavini Meltem Yücel isə öz növbəsində Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi liderlərin özləri üçün deyil, xalqları üçün yaşadıqlarını vurğuıayıb. O qeyd edib ki, müasir Azərbaycan Heydər Əliyevin ən böyük mirasıdır. Ölkə siyasi və iqtisadi sahələrdə böyük uğurlara imza atır. Onun sözlərnə görə, bu uğurun təməlində Heydər Əliyevin siyasi vizyonu olub.