- Şənbə, 21 Dekabr, 2024
Tarix: 13.12.2024 11:41
Dekabrın 18-i Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Ülviyyə Heydərovanın "İnanıram" monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunacaq.
APA xəbər verir ki, “Şöhrət” ordenli Xalq artisti Şüküfə Yusupovanın rol aldığı psixoloji dramda oğlunu müharibədə itirmiş tənha ananın obrazı canlandırılır.
Dünyanın ümumbəşəri problemi olan müharibə və onun bir qadının taleyinə sarsıdıcı təsirinin obrazlı şəkildə təsvir olunduğu tamaşada həm də xatirələrə sığınan ananın vətən sevgisi, övlad məhəbbəti xüsusi həssaslıqla diqqətə çatdırılır.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmməmdov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Premyera üçün biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.