İran XİN: Dəməşqdəki səfirliyi yenidən açmaq üçün hazırlıqlara ehtiyacımız var

Tarix: 17.12.2024 11:43

İranın Suriyadakı səfirliyinin yenidən açılması ilə bağlı “qaçılmaz” ifadəsindən istifadə etməməyi üstün tuturam. APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bugünkü mətbuat konfransında deyib. "Bu, ilk növbədə İran diplomatlarının təhlükəsizliyi ilə bağlı hazırlıq tələb edir. Bu, bizim gündəliyimizdədir və biz lazımi təhlükəsizlik və siyasi şərtlər yerinə yetirildikdən sonra davam edəcəyik", - sözçü qeyd edib.

Xəbər Lenti