- , 22 Dekabr, 2024
Tarix: 22.12.2024 11:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edə bilər.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Suriyadakı
müvəqqəti işlər vəkili Burhan Köroğlu TVNET-ə açıqlamasında deyib.
Köroğlu, “xarici işlər nazirimiz Hakan Fidandan sonra prezidentimiz Ərdoğan da Dəməşqə gəlməyi düşünür” deyə bildirib.
O, yeni dönəmdə Türkiyə-Suriya münasibətlərinin Osmanlı zamanındakı kimi olacağını da əlavə edib.