- , 22 Dekabr, 2024
Tarix: 22.12.2024 11:11
Arzu olunarsa, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin normallaşdırılması mümkündür, Rusiya belə bir istəyini heç vaxt itirməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya" kanalına müsahibəsində bildirib.
O, Rusiyanın (ABŞ ilə-red) münasibətləri qurmağa hazır olduğunu söyləyib. Qeyd edib ki, münasibətlərin qurulması Rusiyanın maraqlarının zərərinə olmamalıdır.
Putin vurğulayıb ki, Qərb vəziyyəti gərginləşdirir, ona görə də Rusiya Federasiyası hər zaman istənilən çağırışa cavab verəcək.
Rusiya dövlət başçısı üçüncü dünya müharibəsinin gedib getməməsi sualına isə belə cavab verib: "Təhlükələr artır, amma heç kimi qorxutmağa ehtiyac yoxdur".