Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 26 Dec 2024 11:53
Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı sammitində iştirak etməyi planlaşdırır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS-a sammitdəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Paşinyan Leninqrad vilayətində keçiriləcək Aİİ sammitində videobağlantı vasitəsilə iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, Paşinyan koronavirusa yoluxduğundan dekabrın 25-də keçirilən MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edə bilməyib.