Meteorologiya İdarəsi: 2024-cü il Çində ən isti il ​​olub

Tarix: 02.01.2025 11:04

2024-cü il Çində ən isti il ​​olub.

APA xəbər verir ki, bu barədə Çin Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, keçən il Çinin ən isti ili olub. Buna səbəb kimi dünyada iqlim dəyişikliyi ilə bağlı ekstremal hava şəraitinın müşahidə olunması göstərilib.

"2024-cü ildə orta milli temperatur 10,92 dərəcə Selsi (51,66 Fahrenheit) olub, orta göstəricidən 1,03 dərəcə yüksək olub. Bu 1961-ci ildə tam qeydlərin başlanmasından bəri ən isti il ​​olub", - Çin Meteorologiya İdarəsi bildirib.