Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 04 Aug 2025 11:55
Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişiklik edib.
APA-nın xəbərinə görə, dəyişikliyə əsasən, Baş prokurorun müavinlərinə ezamiyyətə getdiyi zaman fasiləsiz uçuş müddəti 5 (beş) saatdan artıq olduğu aviareyslər üzrə nəqliyyat xərcləri “biznes klass” tarifləri ilə ödəniləcək.
Bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödəniləcək.