Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 08 Dec 2025 12:08
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Asim Yusifov Masallı Dövlət Regional Kollecinin, Mərdan Əlizadə isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Asim Yusifov son təyinatadək Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində müəllim kimi fəaliyyət göstərib.
Mərdan Əlizadə isə müxtəlif məktəblərdə müəllim işləyib.