Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən azad olunub

Tarix: 13 Dec 2025 19:00

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva vəzifəsindən azad olunub.

APA xəbər verir ki, o bu barədə öz Feysbuk hesabında paylaşıb.

Səidə Haqverdiyevanın öz ərizəsi ilə işdən ayrıldığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən teatr daxildə baş verən qalmaqalla gündəmə gəlmişdi.

Xatırladaq ki, Səidə Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı olub. Onların bu gün nikahına da xitam verilib.

Azərbaycan Dövlət Kukla Teatrı Səidə Haqverdiyeva rejissor

Xəbər Lenti