Beynəlxalq səviyyədə axtarışda olan 24 cinayətkar Türkiyəyə gətirilib, 19-u Gürcüstanda olub

Tarix: 14.12.2025 18:45

Beynəlxalq səviyyədə qırmızı bülletenlə axtarılan 24 nəfərin saxlanılaraq Türkiyəyə gətirildiyini açıqlanıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, beynəlxalq səviyyədə qırmızı bülletenlə axtardığımız 24 nəfər saxlanılıb. Onların Gürcüstandan (19 nəfər), Almaniyadan, Avstriyadan, Monteneqrodan, Serbiyadan və Yunanıstandan ölkəyə gətirildiyi qeyd edilib.

Axtarışda olanlar qəsdən adam öldürmə və dələduzluq cinayətlərində ittiham edilir.

Türkiyə DİN Ali Yerlikaya qırmızı bülleten İnterpol Avropol beynəlxalq axtarış ekstradisiya cinayətkarlıqla mübarizə hüquq-mühafizə əməliyyatları

Xəbər Lenti