Böyük Britaniyanın Ticarət üzrə elçisi Naxçıvana səfər edib

Tarix: 14.12.2025 23:46

Böyük Britaniyanın Ticarət üzrə elçisi Lord Alderdays Azərbaycana səfəri çərçivəsində Naxçıvana səfər edib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı Səfirliyi sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, elçi regionda genişlənən nəqliyyat və əlaqələndirmə layihələri fonunda strateji əhəmiyyəti artan şəhərlə yaxından tanış olub.

Böyük Britaniyanın rəsmi nümayəndəsi Naxçıvanın regional əlaqələr baxımından artan strateji rolunu yerində öyrənib.

https://twitter.com/AzerbaijaninUK/status/2000228164736307645

Firuzə Vahid

Xəbər Lenti