Suriyanın Tədmur şəhəri yaxınlığında İŞİD-a qarşı əməliyyat başlayıb

Tarix: 15.12.2025 01:08

Suriyanın təhlükəsizlik qüvvələri Tədmur şəhərində Suriya-ABŞ birgə patrul qüvvələrinə edilən hücuma cavab olaraq Homs vilayətində və Suriya səhrasının bir neçə ərazisində İŞİD-ə qarşı əməliyyata başlayıb.

APA xəbər verir ki, bu barədə "Əl-İxbariya" telekanalı məlumat yayıb.

Qeyd edək ki, şənbə günü silahlı şəxs Suriya-ABŞ birgə patrul qüvvələrinə atəş açaraq iki ABŞ hərbçisini və bir amerikalı mülki tərcüməçini öldürüb.

Suriya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hücum edən şəxs atışma zamanı zərərsizləşdirilib.

Xəbər Lenti