Bazar ertəsi, 15 Dekabr, 2025
Tarix: 15.12.2025 04:15
Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar 15 dekabr bazar ertəsi günü Berlində davam edəcək.
APA xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.
Görüş barədə hələ ki, heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Berlində baş tutan görüşdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkov, Donald Trampın kürəkəni Cared Kuşner, Ukrayna tərəfdən prezident Volodimir Zelenski, milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerov və Silahlı Qüvvələrin baş qərargah rəisi Andrey Qnatov iştirak ediblər.
***
20:14
Bu gün Berlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ və Avropa nümayəndələri arasında görüş başlayıb.
APA xəbər verir ki, Zelenski bu barədə öz “Telegram” kanalında məlumat verib.
Görüşdə ABŞ tərəfini, prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner təmsil edir.
Danışıqlarda Almaniya kansleri Fridrix Merz də iştirak edir.