Suriyada atışmada nəticəsində dörd Suriya əsgəri həlak olub

Tarix: 15.12.2025 05:27

Suriyanın İdlib vilayətində hüquq mühafizə orqanlarının dörd əməkdaşı naməlum silahlılar tərəfindən öldürülüb.

APA xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.

Məlumata görə hüquq mühafizə orqanlarının əməkdaşları Maaret əl-Numan şəhərinin cənubunda pusquya salınıb.

Hadisə nəticəsində daha bir nəfər yaralanıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hücumun baş verdiyi əraziyə əlavə qüvvələr cəlb olunub və əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər Lenti