Uitkov: Ukrayna nümayəndə heyəti ilə danışıqlarda mühüm irəliləyiş var

Tarix: 15.12.2025 04:56

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Berlində Ukrayna nümayəndə heyəti ilə danışıqlarda mühüm irəliləyiş olduğunu bildirib.

APA xəbər verir ki, Uitkoff bu barədə öz “X” hesabında məlumat verib.

"Prezident Zelenski, xüsusi nümayəndə Uitkov, Cared Kuşner və ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində keçirilən görüş beş saatdan çox davam edib. Nümayəndələr sülh planını, iqtisadi proqramları və digər məsələləri müzakirə ediblər. Mühüm irəliləyiş əldə edilib və sabah səhər növbəti görüş keçiriləcək", - o yazıb.

Xəbər Lenti