Qalmaqallı serial cəzalandırıldı

Tarix: 28.12.2023 15:09

Türkiyənin Radio və Televiziya Qurumu (RTÜK) “Kızıl Qoncalar” serialının yayımlandığı FOX TV-yə yüzdə üç faizlik inzibati pul cəzası kəsib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, RTÜK, eyni zamanda serialın yayımının 2 dəfə dayandırılmasına qərar verib.

Qurum bunu bəzi səhnələrin cəmiyyətin milli-mənəvi dəyərlərinə zidd olması ilə əlaqələndirib.

Qeyd edək ki, serial həkim Levent ilə təriqət içində yaşayan Meryemin həyatlarının kəsişməsindən bəhs edir. Serialda baş rolları Özgü Namal və Özcan Deniz oynayırlar.

Özgü Namalın canlandırdığı Meryem qızı Zeynebin məzhəb şeyxinin oğlu ilə evləndirilmək istədiyini öyrənəndə bunun qarşısını almaq üçün mübarizəyə başlayır. Serial təriqət səhnələri ilə sosial mediada müzakirə mövzusuna çevrilib. İlk bölümdə məzhəbə mənsub uşaqların gənc yaşda evləndirilməsi, qızların məktəbə göndərilməməsi, Quran dərsləri ilə bağlı kursda zorakılıq kimi bir çox səhnələr müzakirələrə səbəb olub.

Xatırladaq ki, hazırda 2 bölümü yayımlanan serialın daha əvvəl İstanbulun Şişli şəhərindəki tanıtım afişalarına boyalı hücum olunmuşdu. Ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin müdaxiləsi ilə serialın Levent səmtindəki xəstəxana səhnələri üçün seçilən məkan çəkilişlərdən imtina etmişdi.

Xəbər Lenti