Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib

Tarix: 15.12.2025 08:37

Venesuela hərbi müdaxilə təhdidləri səbəbindən milli müdafiə sistemini təkmilləşdirib.

APA xəbər verir ki, bu barədə prezident Nikolas Maduro Amerika Xalqları üçün Bolivar Alyansının (ALBA) videokonfrans vasitəsilə keçirilən zirvə toplantısında bildirib.

"Latın Amerikası və Karib dənizində birgəyaşayışın hüquqi və diplomatik kanallarının tamamilə dağıldığı bu günlərdə Venesuela 25 həftə psixoloji terror, hərbi müdaxilə təhdidləri, pirat hücumları və Venesuela neftini daşıyan gəminin qaçırılmasına dözüb", - Maduro vurğulayıb.

Qeyd edək ki, Latın Amerikası və Karib ölkələrinin regional birliyi olan ALBA 2004-cü ildə yaradılıb. Birlik Antiqua və Barbuda, Venesuela, Qrenada, Dominika, Kuba, Nikaraqua, Sent-Vinsent və Qrenadinlər, Sent Kitts və Nevis, Sent Lusiyanı əhatə edir.

Xəbər Lenti