Çərşənbə axşamı, 16 Dekabr, 2025
Tarix: 15 Dec 2025 22:47
Ukraynanın Avropa İttifaqına üzvlüyü bu ölkə üçün təhlükəsizlik zəmanəti yaratmayacaq, əksinə, bütün Avropa üçün Rusiya ilə müharibə riski formalaşdıracaq. APA xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə macar jurnalistlərlə söhbəti zamanı səsləndirib.
Nazirin sözlərinə görə, Budapeşt Ukraynanın Aİ-yə üzvlüyünə təhlükəsizlik təminatı kimi yox, Avropa üçün ciddi risk kimi yanaşır.
“Biz, macarlar Ukraynanın Avropa İttifaqına üzvlüyünü ukraynalılar üçün təhlükəsizlik zəmanəti deyil, bütün Avropa üçün müharibə təhlükəsi kimi qiymətləndiririk”, nazir vurğulayıb.