Çərşənbə axşamı, 16 Dekabr, 2025
Tarix: 15 Dec 2025 23:47
Rusiya hər zaman İranı və onun qanuni haqqlarınə dəstəkləyəcək. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İranın dövlət radiosuna müsahibəsində "İrana qarşı növbəti müharibə olarsa, Rusiya İranın yanında olacaq, ya yox?" sualına cavabında bildirib.
"Artıq dediyim kimi, Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi var. Biz həmişə İranı və onun qanuni haqqlarını dəstəkləyəcəyik. Son aylarda İslam Respublikası açıq şəkildə bildirib ki, müharibə və ya yeni münaqişələrdə maraqlı deyil, əksinə, suveren və qanuni hüquqlara hörmət əsasında dialoq yolu ilə istənilən məsələni həll etməkdə maraqlıdır. Biz bu mövqeyi tam dəstəkləyirik", - Rusiya XİN başçısı vurğulayıb.
Fərid Əkbərov