Çərşənbə axşamı, 16 Dekabr, 2025
Tarix: 16 Dec 2025 02:19
Meksikanın Mexiko ştatında, Toluka şəhərinin beynəlxalq hava limanı yaxınlığında biznes-cet qəzaya uğrayıb. APA xəbər verir ki, bu barədə Milenio qəzeti məlumat yayıb.
Məlumata görə, təyyarə hava limanına yaxınlaşan zaman yerə çırpılıb. Zərbədən sonra təyyarədə yanğın baş verib.
Qəzanın Akapulko şəhərindən Tolukaya uçan "Cessna Citation III" tipli təyyarə ilə baş verdiyi deyilir. Hazırda göyərtədə olan şəxslərin sayı, eləcə də ölən və yaralananlar barədə rəsmi məlumat yoxdur.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları, Mülki Müdafiə və Mexiko ştatının təhlükəsizlik qüvvələri cəlb olunub. Araşdırma aparılır.