Rusiyada zəlzələ baş verib

Tarix: 16 Dec 2025 01:51

Rusiyanın Stavropol diyarının Zelenokumsk şəhəri yaxınlığında 4,0 maqnitudalı zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə regionun FHN Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, seysmik hadisə Zelenokumsk şəhərindən 11 km məsafədə, 10 km dərinlikdə baş verib. Zəlzələ nəticəsində ölən və dağıntı yoxdur.

Qeyd olunub ki, həyat təminatı xidmətləri adi rejimdə fəaliyyətini davam etdirir.

Xəbər Lenti