Kamçatkada 6,3 bal gücündə zəlzələ baş verib

Tarix: 16 Dec 2025 05:22

Kamçatka diyarında 6,3 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının Telegram kanalında məlumat verilib.

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 227 kilometr aralıda yerləşib. Yeraltı təkanların ocağı 74,7 kilometr dərinlikdə olub.

Xəbər Lenti