ABŞ Sakit okeanda narkotik daşıyan üç qayığı vurub

Tarix: 16 Dec 2025 07:34

ABŞ Silahlı Qüvvələri Sakit okeanın beynəlxalq sularında narkotik daşıyan üç sürətli qayığı məhv edib.

APA xəbər verir ki, bu barədə Pentaqonun X hesabında məlumat yayılıb.

Məlumata görə, əməliyyat zamanı qayılarda olan səkkiz nəfər ölüb.

Kəşfiyyat məlumatları həmin gəmilərin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunan məlum marşrutlarla hərəkət etdiyini və narkotik daşınması ilə məşğul olduqlarını təsdiqləyib.

Xəbər Lenti