Çərşənbə axşamı, 16 Dekabr, 2025
Tarix: 16 Dec 2025 07:06
İtaliyanın Baş nazirinin müavini Matteoo Salvini bildirib ki, Rusiyanın iqtisadiyyatını zəiflətmək məqsədi ilə tətbiq edilən sanksiyalar nəticədə Avropanın özünə zərbə vurub.
APA xəbər verir ki, Salvini bu fikirləri Rete4 telekanalında yayımlanan verilişdə səsləndirib.
Onun sözlərinə görə, bu addımlar iqtisadi böhranı dərinləşdirib və enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olub.
O qeyd edib ki, təxminən dörd il davam edən münaqişə və Aİ tərəfindən qəbul edilən 19 sanksiya paketi Avropa iqtisadiyyatlarını ağır vəziyyətə salıb və xüsusilə İtaliya vətəndaşları üçün enerji xərclərini artırıb.