Tusk: Polşa Ukraynada mümkün “çoxmillətli qüvvələr”də iştirak etməyəcək

Tusk: Polşa Ukraynada mümkün “çoxmillətli qüvvələr”də iştirak etməyəcək

Tarix: 16 Dec 2025 08:09

Polşa Ukraynada yerləşdirilməsi müzakirə olunan mümkün “çoxmillətli qüvvələr”də iştirak etməyəcək.

APA xəbər verir ki, bunu ölkənin Baş naziri Donald Tusk bildirib.

Onun sözlərinə görə, bu, Polşanın müstəqil qərarıdır:

“Bu, bizim suveren qərarımızdır. Polşa hara əsgər göndərib-göndərməmək məsələsini özü müəyyənləşdirir”.

Baş nazir həmçinin qeyd edib ki, Ukraynanın ərazi güzəştləri ABŞ-ın sülh razılaşmasına təminatçı qismində çıxış etməsi üçün irəli sürdüyü şərtlərin bir hissəsidir.

Mənbə: apa.az

Xəbər Lenti