Çərşənbə axşamı, 16 Dekabr, 2025
Tarix: 16 Dec 2025 10:15
İranda naməlum şəxslərlə silahlı toqquşmada 4 təhlükəsizlik əməkdaşı öldürülüb.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, Kermanın Fəhrac bölgəsində yerləşən nəzarət məntəqəsində naməlum şəxslərlə silahlı toqquşmada iki kəşfiyyat agenti də daxil olmaqla ən azı dörd İran təhlükəsizlik qüvvəsi öldürülüb.
Hücuma görə hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib.
İran silahlı hücum