Çərşənbə axşamı, 16 Dekabr, 2025
Tarix: 16 Dec 2025 11:44
Rusiya tərəfi “Tramp marşrutu” təşəbbüsünün parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.
APA xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqin məlumat verib.
Onun sözlərinə görə, Ermənistan-ABŞ layihəsinin detalları hələ öyrənilməlidir, lakin Moskva həm təşəbbüsün məzmununun, həm də Rusiyanın mümkün iştirakının müzakirəsinə açıqdır.
Kaluqin qeyd edib ki, “bunun üçün kifayət qədər əsaslar var”. Diplomat vurğulayıb ki, söhbət mahiyyət etibarilə üçtərəfli işçi qrup çərçivəsində daha əvvəl razılaşdırılmış marşrutun bir hissəsindən gedir.
İlqar Xudiyev TRIPP Ermənistan Rusiya