Kreml Aİ liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatını şərh etməyib

Kreml Aİ liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatını şərh etməyib

Tarix: 16 Dec 2025 14:10

Kreml Avropa İttifaqı liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatının mətnini görməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bu mövzuda yayılan məlumatlara şərh verməyəcək.

Kremlin sözçüsü qeyd edib ki, Moskva Aİ liderlərinin Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatının mətnini görəndən sonra təhlil edəcək.

Fərid Əkbərov Kreml Aİ Ukrayna təhlükəsizlik zəmanətləri

Mənbə: apa.az

Xəbər Lenti