Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 16 Dec 2025 20:35
Almaniya Ukrayna Silahlı Qüvvələrinə iki “Patriot” hava hücumundan müdafiə sistemi və doqquzuncu Iris-T sistemi təhvil verib, gələn il xeyli sayda AIM-9 “Sidewinder” raketi təhvil verməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
"Sonuncu görüşümüzdən bəri, avqust ayında vəd edilmiş iki “Patriot” sisteminin, eləcə də doqquzuncu “Iris-T” sisteminin təhvil verilməsi də daxil olmaqla, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmişik", - Pistorius deyib.
O bildirib ki, “Patriot”ların təhvil verilməsi Norveçin iştirakı ilə həyata keçirilib.
Nazir həmçinin bildirib ki, 2026-cı ildə Almaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün arsenalından xeyli sayda AIM-9 “Sidewinder” raketi təhvil verəcək.
Bundan əlavə, Almaniya NATO-nun Ukrayna üçün ABŞ-dan silah almağı nəzərdə tutan “Purl” proqramı üçün əlavə 200 milyon dollar ayırıb.