Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 16 Dec 2025 22:23
Fransada narkotik vasitələrin istifadəsinə qarşı mübarizə kampaniyasının bir hissəsi olaraq narkotik istifadəsinə görə cərimə 200 avrodan 500 avroya qədər artırılacaq.
APA xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron açıqlayıb.
"Bu cərimələri 500 avroya qədər artıracağıq. Çünki pul kisəsini hədəf almalıyıq. Çünki narkotik istifadəsi əyləncəli deyil. Bunu insanlara aydın şəkildə çatdırmasaq, hədəfi əldən verəcəyik. Gənclərin yas tutmasından bezmişəm, digərləri isə narkotik almağın əyləncəli olduğunu düşünür", - o deyib.