Tramp: ABŞ Venesuela yaxınlığında hərbi mövcudluğunu artıracaq

Tarix: 17 Dec 2025 07:47

“ABŞ ordusu, bu ölkə Vaşinqtondan əvvəllər oğurladığı neft, torpaq və digər aktivləri geri qaytarana qədər Venesuela ətrafında mövcudluğunu artıracaq”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında bildirib.

"Venesuela Cənubi Amerika tarixində indiyə qədər toplanmış ən böyük armada ilə tamamilə əhatə olunub. O, yalnız böyüyəcək və əvvəllər heç vaxt görmədikləri kimi zərbə alacaqlar. Bu, əvvəllər bizdən oğurladıqları bütün neft, torpaq və digər aktivləri ABŞ-a qaytarana qədər davam edəcək", - Tramp yazıb.

Xəbər Lenti