Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 17 Dec 2025 09:46
Ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə vasitələri ölkə regionları, eləcə də Azov və Qara dənizlərin akvatoriyaları üzərində 94 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, ələ keçirilərək məhv edilən PUA-lardan 31-i Krasnodar diyarı, 22-si Rostov vilayəti, 10-u Voronej vilayəti, 8-i Saratov vilayəti, 8-i Azov dənizinin akvatoriyası, 8-i Qara dənizin akvatoriyası, 4-ü Volqoqrad vilayəti, 3-ü isə Bryansk vilayəti üzərində vurulub.