Pakistan ordusunun komandanı Qəzza üzrə mümkün missiya müzakirəsi üçün Trampla görüşəcək

Tarix: 17 Dec 2025 11:30

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri ABŞ Prezidenti Donald Trampla danışıqlar apamaq üçün yaxın həftələrdə Vaşinqtona səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Son altı ay ərzində üçüncü dəfə baş tutacaq bu görüşün əsas mövzusunun Trampın təklif etdiyi Qəzzaya yerləşdiriləcək hərbi kontingentdə Pakistanın iştirakı ehtimal edilir.

Qeyd olunur ki, Vaşinqtonun İslamabadı Qəzzada sabitləşdirmə qüvvəsinə qoşun göndərməyə təşviq etdiyi bir vaxtda Munirin ən çətin sınaqla üz-üzədir. Analitiklərin fikrincə, bu addım ölkə daxilində ciddi ictimai narazılıq yarada bilər.

"Reuters"ə danışan iki mənbənin bildirdiyinə görə, Asim Munir yaxın həftələrdə Vaşinqtona uçaraq Prezident Donald Trampla görüşəcək. Bu, altı ay ərzində onların üçüncü görüşü olacaq və əsas diqqət Qəzza qüvvəsi məsələsinə yönələcək.

İlqar Xudiyev Pakistan ABŞ Tramp Qəzza sabitləşdirmə qüvvələri

Xəbər Lenti