Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 17 Dec 2025 13:30
Fransanın dron sənayesi təmsilçilərinin bildirdiyinə görə, hökumət bu sahə üzrə satınalmalar üçün maliyyəni artırmasa, ölkənin dron sektoru qlobal rəqiblərdən daha da geri qala bilər.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, dövlətin gələn il üçün bu sahəyə nəzərdə tutulan investisiya planları kifayət deyil.
Qeyd olunru ki, Avropanın müdafiə sahəsinə ən çox vəsait ayıran ölkələrindən biri olan Fransa öz dron istehsalçılarını təşviq etməyə çalışır. Belə ki, yerli dron şirkətlərinin nümayəndələri ötən ay Parisə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskini müşayiət edən hərbi və siyasi rəsmilərlə görüş keçirib yeni sifarişlərin imzalanmasına cəhd göstəriblər.
İlqar Xudiyev Fransa dron istehsalçıları Ukrayna