Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 17 Dec 2025 13:26
Rusiyanın sülh razılaşmasından imtina edəcəyi təqdirdə, ABŞ bu ölkəynin enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək.
APA xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sanksiyalar Rusiyanın “kölgə donanması” nı, Rusiyanın neft ticarətində transaksiyaları asanlaşdıran şəxs və qurumları hədəfə ala bilər.
Mənbələr əlavə edib ki, planlaşdırılan sanksiyaların bu həftə elan olunacağı gözlənilir.
Toğrul Quluzadə ABŞ Rusiya sanksiya