Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 17 Dec 2025 13:13
Ukrayna ordusu Rusiyanın hərbi-sənaye kompleksi və neft emalı sektoruna aid strateji obyektlərə, o cümlədən Krasnodar diyarında yerləşən neft bazasına və neft emalı zavoduna zərbələr endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.
“Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarının Slavyansk-na-Kubani şəhərində yerləşən ‘Slavyanskiy’ neft emalı zavodunun infrastrukturunu vurub”, – Baş Qərargahdan bildirilib. Hədəf ərazisində partlayışlar və yanğın qeydə alınıb.
Məlumata görə, “Slavyanskiy” zavodu ildə təxminən 5,2 milyon ton xam neft və kondensat emal edir və Rusiya ordusunun təminatında iştirak edir.
Bundan əlavə, Rostov vilayətində yerləşən “Nikolayevskaya” neft bazasının ərazisinə də zərbə endirildiyi təsdiqlənib. İlkin məlumatlara görə, bir rezervuar və “Kapitan Qibert” adlı çay gəmisi zədələnib.
Həmçinin Luqansk vilayətinin ərazisində sahə artilleriya anbarı vurulub.
İlqar Xudiyev Ukrayna Rusiyaya dron zərbəsi