Peskov: ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar planları münasibətlərə zərər verə bilər

Tarix: 17 Dec 2025 14:20

Moskva Vaşinqtondakı bir sıra kabinetlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarının olduğunu yaxşı bilir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vaşinqtondakı bir sıra kabinetlərdə belə planları olduğu hamıya məlumdur. “İstənilən sanksiyalar zərərlidir, münasibətlərin yaxşılaşdırılması prosesinə zərər verir. Bu, göz qabağındadır".

Peskov Kremlin hələ ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşündüyü barədə xəbərləri görmədiyini söyləyib.

Qeyd edək ki, Bloomberg agentliyi mənbələrə istinadən ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladığını və onları bu həftənin əvvəlində elan edə biləcəyi barədə məlumat yayıb.

Fərid Əkbərov Rusiya Kreml ABŞ sanksiyalar

Xəbər Lenti