Lavrov və Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Tarix: 17 Dec 2025 15:28

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə hər iki nazir danışıqlarının yekunları ilə bağlı keçirdiyi birgə mətbuat konfransında bildiriblər.

Lavrov iranlı həmkarı ilə görüşdə ikitərəfli münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti, o cümlədən regional məsələləri, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər regionundakı vəziyyəti müzakirə etdiklərini söyləyib.

Əraqçi də bu məsələlərlə yanaşı Ukrayna münaqişəsinin də bugünkü danışıqlarda müzakirə olunduğunu bildirib.

Fərid Əkbərov Abbas Əraqçi İran XİN Rusiya Segey Lavrov Cənubi Qafqaz

Xəbər Lenti