Əməkdaşların tətilinə görə Luvr muzeyi ziyarətçilərin üzünə bağlı qalıb

Tarix: 17 Dec 2025 15:27

Fransanın paytaxtı Parisdə yerləşən və dünyanın ən çox ziyarət edilən muzeyi sayılan Luvr işçilərin tətili səbəbindən bağlı qalıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, muzey əməkdaşlarının maaş və əmək şəraiti ilə bağlı tətili davam edir.

Tətil oktyabr ayında baş vermiş səs-küylü zinət əşyaları oğurluğundan, eləcə də son vaxtlar yaşanan infrastruktur problemlərindən - o cümlədən qədim kitabların zədələnməsinə səbəb olan su sızmasından - sonra başlayıb. Bu hadisələr muzeydə ciddi təhlükəsizlik boşluqlarını üzə çıxarıb və Luvrun getdikcə pisləşən vəziyyətini ortaya qoyub.

İlqar Xudiyev Luvr muzey əməkdaşlarının tətili

Xəbər Lenti