Kobaxidze NATO-nun “açıq qapı” siyasətini "fars" adlandırıb

Tarix: 17 Dec 2025 15:17

Son nəticədə NATO tərəfindən hər hansı bir “açıq qapı” siyasətinin aparılmadığı məlum oldu.

APA-nın yerli bürosu xəbər verik ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, Alyansın “açıq qapı” siyasətini "fars" adlandırıb.

“Əslində ikili standartlar siyasəti aparıldı ki, bunun da qurbanı öncə 2008-ci ildə Gürcüstan, daha sonra isə iki dəfə - 2014 və 2022-ci illərdə Ukrayna oldu. Bu yanaşmalar dəyişir. Biz hadisələrin inkişafını müşahidə edəcəyik və milli maraqlarımıza uyğun addımlar atacağıq”, - Kobaxidze əlavə edib.

Qeyd edək ki, Kobaxidze ötən gün Gürcüstanın NATO-ya üzvlük perspektivlərinin “çox dumanlı” olduğunu bildirib.

Cəmilə Babayeva NATO Gürcüstan açıq qapı

Xəbər Lenti