Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 17 Dec 2025 16:58
Avropa İttifaqının (Aİ) Gürcüstana ikili yanaşması utancvericidir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa bürokratiyası artıq Rusiyaya qarşı sanksiyalara qoşulmağı birbaşa olaraq tələb edir.
“2022-ci ildə biz sadə hesablama apardıq və gördük ki, sanksiyalara qoşulmaq ən azı iqtisadiyyatda 10 faizlik geriləməyə gətirib çıxara bilər. Buna görə də biz milli maraqlarımıza uyğun olan qərar qəbul etdik”, - Kobaxidze əlavə edib.
Baş nazir həmçinin xatırladıb ki, Avropa bürokratiyası bu cür tələbləri Moldova, Ermənistan və ya digər ölkəyə irəli sürməyib:
“Burada da ikili standartlar müşahidə olunur. Müəyyən ölkələrin baş nazirləri Avropadan Moskvaya uça bilirlər. Biz buna etiraz etmirik, bu, müvafiq ölkələrin öz işidir. Bir halda məqbul olan digər halda kəskin mənfi reaksiyaya səbəb ola bilər”.
Cəmilə Babayeva Gürcüstan Baş nazir İrakli Kobaxidze Moldova Ermənistan